Tarixçi · Dilçi · Yazıçı
Azər Ziyadlı — tarixçi, dilçi, yazıçı və ssenaristdir. Azərbaycanlıdır, Almaniyada yaşayır və işləyir. Azərbaycan, rus, alman, ingilis və fars dillərində yazır.
İlk romanı «Ovuc dolusu ulduzlar» Rusiya nəşriyyatı «Kanon-Plus»da nəşr edilib. Hadisələr eramızdan əvvəl IV əsrdə — Atropatena dövlətinin yaranması ərəfəsində baş verir.
Alman dilindəki «Kelch der Weisheit» («Bilgə dastanı») — qədim eposlar ruhunda yazılmış iskitlər haqqında mifoloji epik silsilədir. Səkkiz il yazılıb. İndi nəşr mərhələsindədir.
Üçüncü kitab — «Qurdlar dövranı» — hələ yazılmaqdadır.
2026-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə çəkilmiş tarixi macəra filmi — «Akinak» filminin Bakıda Heydər Əliyev Mərkəzində premyerası keçirildi. Azər Ziyadlı ssenari müəlliflərindən biridir.
Bədii yaradıcılıqla yanaşı elmi tədqiqatla da məşğul olur.